Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
28 Noyabr 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 90-135, Böyük Qafqaz çaylarında 90-175, Kiçik Qafqaz çaylarında 110-130, Naxçıvan MR çaylarında isə 95-100 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 148 m3/s olmaqla, ongünlük normanın 80 faizini (2010-cu ildə 103 m3/s olmaqla 56 faiz) təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 121 m3/san olmaqla, ongünlük normanın 150 faizini (2010-cu ildə 56 m3/s olmaqla 69 faiz) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 6 gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 32 sm, Şirvanda 23 sm, Salyanda 19 sm, Bankədə 8 sm, Araz çayının Novruzlu məntəqəsində isə 66 sm artmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 571 sm (2010-cu il noyabrın 28-də 523 sm), Şirvanda 463 sm (2010-cu il noyabrın 28-də 412 sm), Bankədə 313 sm (2010-cu il noyabrın 28-də 290 sm), Araz çayının Novruzlu məntəqəsində isə 330 sm (2010-cu il noyabrın 28-də 270 sm) təşkil edir.