Respublika ərazisində qanunsuz ov hallarına qarşı mübarizə davam etdirilir
25 Noyabr 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.
2011-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı müxtəlif inzibati rayonların ərazisində yerləşən sututarlarda, dəniz sahilində, xüsusi mühafizə olunan təbiət ərazilərində, ovçuluq təsərrüfatlarında və digər ərazilərdə qeyri-qanuni ovla məşğul olan şəxslərə qarşı, ümumilikdə 201 akt və protokol tərtib olunmuş və brokonyerliklə məşğul olan şəxslərdən 131 ədəd ov tüfəngi müsadirə edilmişdir.
Qanun pozucuları inzibati qaydada 117945 manat məbləğində cərimə olunmuş, bundan 27320 manatın ödənilməsi təmin edilmişdir. Cərimələrin qalan hissəsinin ödənilməsi üçün işlər aidiyyəti üzrə Məhkəmə İcraçılarına və məhkəmələrə göndərilmiş, 26 qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün müvafiq sənədlər rayon Polis şöbələrinə təqdim edilmişdir.
Bundan əlavə, qanunsuz balıq ovu ilə əlaqədar daha 13 fakt aşkar edilərək, təbiətə 5610 manat dəyərində ziyan dəydiyi hesablanmışdır. İş üzrə materiallar cinayət tərkibi olması səbəbindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmiş və 11 işə müvafiq qaydada baxılaraq təbiətə dəymiş 4505 manat məbləğində ziyanın ödənilməsi təmin edilmişdir.
Qanunsuz ovla məşğul olan şəxslərdən götürülmüş, eləcə də bazarlarda, ictimai-iaşə obyektlərində və yol kənarlarında qeyri-qanuni satılan çöl quşları yığılaraq yandırılmışdır.
Hazırda respublika ərazisində reydlər davam etdirilir.