Qızılağac Dövlət Təbiət Qoruğunda araşdırma aparılmışdır
23 Noyabr 2011, 00:00
15 noyabr 2011-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Qızılağac Dövlət Təbiət Qoruğunda mühafizə rejimini yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı Qoruğun “Qaraquş”, “Xəzər” və “Akkuşa” mühafizə postlarının ərazisində mal-qaranın otarılması faktları aşkar edilmişdir. Həmçinin, “Xəzər” mühafizə postu ərazisində qanunsuz ovun aparılmasına dəlalət edən intensiv atəş səsləri də qeydə alınmışdır.
Yol verilmiş qanun pozuntuları Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada sənədləşdirilmişdir.
Aşkar olunmuş faktlarla bağlı vəzifə səlahiyyətlərinin icrasında yol verdiyi nöqsanlara görə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, onun vəzifəyə uyğunluğu məsələsinin araşdırılması Departament rəhbərliyinə tapşırılmışdır. Digər cavabdeh işçilər barəsində qanunamüvafiq qaydada intizam tənbeh tədbirləri görülmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisi nəzarətdə saxlanılır.