Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

21 Noyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Respublikanın dağ çaylarında normadan yüksək sululuq müşahidə olunur. Belə ki, Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 170-260, Böyük Qafqaz çaylarında 90-190, Kiçik Qafqaz çaylarında 120-125, Naxçıvan MR-sı çaylarında isə 100-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 155 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir (2010-cu ildə 94,0 m3/s olmaqla 51 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 121 m3/san olmaqla ongünlük normanın 150 faizini təşkil edir (2010-cu ildə 62,0 m3/s olmaqla 77 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son bir həftə ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 20 sm, Şirvanda 20 sm, Salyanda 23 sm, Bankədə 14 sm, Araz çayının Novruzlu məntəqəsində isə 30 sm azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 548 sm (2010-cu il noyabrın 21-də 482 sm), Şirvanda 447 sm (2010-cu il noyabrın 21-də 388 sm ), Bankədə 311 sm (2010-cu il noyabrın 21-də 282 sm), Araz çayının Novruzlu məntəqəsində isə 285 sm (2010-cu il noyabrın 21-də 232 sm) təşkil edir.