Xəbərlər

Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində quraşdırılmış xüsusi avadanlıq vasitəsilə ətraf ərazilərindən effektli videogörüntülər alınır

01 Oktyabr 2011, 00:00

Şahdağ Milli Parkının yüksək dağlıq ərazisində yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində quraşdırılmış xüsusi avadanlıq vasitəsilə ətraf ərazilərin videogörüntüləri ETSN-nin saytından (www.eco.gov.az) izlənilir və effektli görüntülər alınır.
Hazırda müşahidə olunan görüntülərdən Şahdağ Milli Parkında və Böyük Qafqazın şərq yamaclarında (dəniz səviyyəsindən 2500-3000 m hündürlüklərdə) qar örtüyünün olduğu izlənilir.
Xatırladaq ki, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin və onun ətraf ərazilərinin videogörüntülərini 2011-ci il sentyabr ayından etibarən ETSN-nin saytından izləmək mümkündür.