Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

25 Avqust 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə avqustun 24-də Balakən-Şəki bölgəsində yağan leysan yağışlar nəticəsində Qanıx çayında suyun səviyyəsi 86 sm artmış, o cümlədən yağan leysan xarakterli yağışlarla əlaqədar Lənkəran”“Astara bölgəsi çaylarında da sululuğun artımı müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 310, Quba-Xaçmaz bölgəsi çaylarında 110-590, Lənkəran-Astara bölgəsi çaylarında 480-630, Kiçik Qafqazın çaylarında 110-120, Naxçıvan MR çaylarında isə normanın 63 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 119 m3/s, ongünlük normanın 98 faizini (2010-cu ildə 102 m3/s olmaqla 84 faizini) təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 244 m3/san olmaqla, ongünlük normanın 356 faizini (2010-cu ildə 52,0 m3/s olmaqla 76 faizini) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son iki gün ərzində yağan yağışlarla əlaqədar Kür çayına tökülən çaylarda sululuğun artması nəticəsində Kürün aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Surra məntəqəsində suyun səviyyəsi 46, Şirvanda 44, Bankədə 24, Salyanda 47, Araz-Novruzlu məntəqəsində isə 14 sm artmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 480 sm (2010-cu il avqustun 25-də 497 sm), Şirvanda 351 sm (2010-cu il avqustun 25-də 413 sm ), Salyanda 351 sm (2010-cu il avqustun 25-də 432 sm), Bankədə 265 sm (2010-cu il avqustun 25-də 266 sm), Araz çayının Novruzlu məntəqəsində isə 172 sm (2010-cu il avqustun 25-də 192 sm) təşkil edir.