Xəbərlər

Qanunsuz balıq ovu ilə bağlı reydlər keçirilmişdir

17 Avqust 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən 16 avqust 2011-ci il tarixində Kür çayında qanunsuz balıq ovuna qarşı mübarizə məqsədilə reydlər keçirilmişdir.
Keçirilən reydlər zamanı Kür çayının Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə qurulmuş 29 ədəd (hər birində 70 ədəd olmaqla cəmi 2030 ədəd) qadağan olunmuş ov aləti “şal qarmaq”, 10 ədəd ventel və 6 ədəd axçalı balıq torları aşkar edilərək götürülmüşdür.
Hazırda təqsirkarların müəyyən edilib inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülür.