Xəbərlər

Şikayətlə bağlı araşdırma aparılmışdır

28 İyul 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu T.Şıxəliyev və Kazımzadə küçələrinin arasında yerləşən ərazidəki şam ağaclarının yandırılması barədə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ərazinin 300 m2-lik sahəsində yanğın nəticəsində 15 ədəd yaşköküstə çoxillik Eldar şamı cinsli ağaclar boy inkişafı daynacaq dərəcədə yanmışdır. Baş vermiş yanğına səbəb isə ağacların yerə tökülmüş yarpaqlarının yandırılması olmuşdur.
Faktla bağlı akt və protokol tərtib edilərək Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nürəddin Abbasova vəzifəli şəxs qismində inzibati qaydada 10 000 manat məbləğində cərimə tətbiq edilmiş və təbiətə dəymiş ziyana görə qanunvericiliyə uyğun iddia qaldırılmışdır.
Yaşıllıq ərazisindəki ağaclara aqrotexniki xidmət göstərilməsi üçün Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə icrası məcburu olan müddətli “Məcburi göstəriş” verilmişdir.