Yanğın hadisəsi baş vermişdir
27 İyul 2011, 00:00
27 iyul 2011-ci il tarixində saat 09:00 radələrində İsmayıllı rayonunun Gəraybəyli bələdiyyəsinin ərazisində, Ağsu-Qaraməryəm şosse yolunun yaxınlığındakı otlaq sahəsində yanğın hadisəsi baş vermişdir.
İlkin ehtimala görə yanğın çobanların odla ehtiyatsız davranması nəticəsində baş vermişdir. Yanğın təqribən 5-6 hektar bələdiyyə ərazisini əhatə edir.
Qeyd edək ki, yanğın baş vermiş ərazi İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Girdiman Meşəbəyliyinin ərazisi ilə həmsərhəd olsa da, meşə fonduna keçməmişdir.
Yanğının söndürülməsinə köməyə gedən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, yerli əhali və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələri tərəfindən hazırda davam edən yanğının söndürülməsinə və meşə fonduna keçməsinin qarşısının alınmasına cəhd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələrimizi qorumağa çağırır.