ETSN əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır
08 İyul 2011, 00:00
Son günlər Respublika ərazisində havaların isti və küləkli keçməsi ilə əlaqədar meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğınların baş vermə təhlükəsi artmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.
Əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılır, meşəətrafı ərazilərin minerallaşdırılması (yanğın əleyhinə zolaqların çəkilməsi) üçün müvafiq tədbirlər görülür.
Lakin Xəzər dənizi kənarında yerləşən, Xızı rayonu Məşədi Həsən bələdiyyəsinin ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması nəticəsində 07 iyul 2011-ci il tarixində saat 14:40 radələrində otlaq sahəsində yanğın hadisəsi baş vermişdir. Yanğın 5,4 hektar bələdiyyə ərazisini əhatə etmiş və küləkli hava şəraiti səbəbindən Giləzi Regional Meşəsalma Müəssisəsinə məxsus 0,6 hektar meşə fondu ərazisinə keçmişdir. Nəticədə ot örtüyü və ağacların aşağı hissəsində olan yarpaqlar ütülmüş, meşə fonduna ciddi ziyan dəyməmişdir.
Yanğın ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələrinin birgə səyi nəticəsində saat 15:30 radələrində tam söndürülmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və küləkli keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməmiş siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələrimizi qorumağa çağırır.