Xəbərlər

May ayı ərzində “Qaynar xətt”ə 76 müraciət daxil olub

16 İyun 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i 
vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.
2011-ci ilin may ayı ərzində ETSN-nin “Qaynar xətt”inə 76 müraciət daxil olmuş və Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülmüşdür.
Belə ki, ağacların kəsilməsi ilə əlaqədar 25, aşma təhlükəsinin olması ilə əlaqədar 28, atmosfer havasının çirklənməsi ilə bağlı 7, məişət tullantılarının qalaqlanması ilə bağlı 5, çirkab suların axıdılması ilə bağlı 3, səs-küylə bağlı 4, elektromaqnit şüalanma ilə bağlı 2, palçıq vulkanının püskürməsi ilə bağlı isə 2 müraciət daxil olmuşdur.
Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülmüş, 15 müraciət isə öz təsdiqini tapmamışdır.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 28 müraciətdən 24-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilmiş, 1 müraciət əsassız hesab edilmiş, 3 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, elektromaqnit şüalanma, səs-küy və palçıq vulkanının püskürməsi ilə əlaqədar daxil olmuş 23 müraciətdən 11-i ilə bağlı qanunamüvafiq tədbirlər görülmüşdür. 12 müraciət isə Nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmamış və həmin ərazilər nəzarətə götürülmüşdür.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olmuşdur.