Ağacların köçürülməsinə dair müraciət təmin olunub
02 İyun 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Mərkəzi Klinikanın rəhbərliyi tərəfindən xəstəxana ərazisində aparılan əsaslı təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar ağacların köçürülməsi barədə daxil olmuş müraciət təmin olunmuşdur. Müraciət əsasında Nazirliyin tabeliyində olan “Azəryaşlandşaft” ASC-nin mütəxəssisləri tərəfindən əraziyə
baxış keçirilmiş və tikinti altına düşən 14 ədəd ağac xüsusi texnikanın köməyi ilə qanunvericiliyə uyğun qaydada başqa əraziyə köçürülmüşdür.
Təəssüf ki, bir sıra hallarda müəssisə və təşkilatlar ərazilərində tikinti işləri aparılan zaman tikinti altına düşən ağacların başqa əraziyə köçürülməsi mümkün olduğu halda, vəziyyətdən çıxış yolunu ağacları kəsməkdə görürlər. Bəzi Kütləvi İnformasiya Vasitələrinin jurnalistləri isə belə hallarda həmin əraziyə cavabdeh olan şəxsləri məsuliyyətdən bir növ kənarda qoymağa çalışır, Ekoloqları qınamağı üstün görürlər.
Qeyd edək ki, idarə, təşkilat və müəssisələrə aid ərazilərdə tikinti-yenidənqurma işləri aparılan zaman tikinti sahəsinə düşən ağacların mühafizəsi həmin əraziyə cavabdeh olan hüquqi və fiziki şəxslərə məxsusdur. Mövcud qanunvericiliyə uyğun olaraq idarə və təşkilatlara məxsus ərazilərdən ağacların köçürülməsi, yalnız həmin qurumun ETSN-yə müvafiq rəsmi müraciəti əsasında, xüsusi razılıq olduğu zaman həyata keçirilir. Əks təqdirdə, yəni ərazidə ağaclar kəsilərsə Nazirlik tərəfindən qanunamüvafiq qaydada tədbirlər görülür.