Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (may ayının II ongünlüyü üçün)
24 May 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
May ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 208 m3/san azalaraq 787 m3/san təşkil etmişdir. Monitorinqlərin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 və Ağstafaçay məntəqələrində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 3, fenollar 4, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
May ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayının Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,41-9,67 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.