“Heydər zirvəsi”nə yürüş artıq ənənəyə çevrilib
10 May 2011, 00:00
9 may 2011-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekosport” idman klubunun üzvlərinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu ilə birgə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüşü başa çatmışdır.
Mayın 7-də Bakı şəhərindən başlanan yürüş Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam etmiş, günün sonunda yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün həmin ərazidə düşərgə qurmuşlar.
Mayın 9-da ekspedisiya üzvləri qarşıya qoyulan məqsədə uğurla çatmış və dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxaraq Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoymuş, ruhuna dualar oxumuşlar.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin ad günü ərəfəsində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil olunan yürüş artıq ənənəyə çevrilmiş və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir ki, bu da Ulu Öndərin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsidir.