2011-ci ilin yanvar-aprel ayları ərzində Respublika ərazisində 3 086 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilmişdir
03 May 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən 2011-ci ilin yanvar-aprel ayları ərzində dövlət meşə fondu torpaqlarında Nazirliyin daxili imkanları hesabına 1304 hektar sahədə meşə əkini və səpini işləri aparılaraq 2 906 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilmişdir.
Əkilən ağaclar müəssisələrin öz tinglik sahələrində yetişdirilmişdir.
Eyni zamanda, müəssisələr tərəfindən müxtəlif ağac və kol cinslərindən 12 698 kq toxum tədarük edilmiş və 83,64 hektarda tinglik sahəsi salınmışdır.
Bakı və onun ətraf ərazilərinin 140 hektar sahəsində isə 180 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilmişdir.
Ümumiyyətlə, 2011-ci ilin yanvar ayından etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika ərazisinin ümumilikdə, 1444 hektar sahəsində 3 086 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilmişdir.
Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.