Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
28 Mart 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, son günlər temperatur rejiminin yüksəlməsi və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Belə ki, hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 170-200, Quba-Xaçmaz bölgəsi çaylarında 90-220, Lənkəran-Astara bölgəsi çaylarında 150-200, Kiçik Qafqazın çaylarında isə ongünlük normanın 90-135 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 283 m3/san, yəni ongünlük normanın 93 faizini (2010-cu ildə 450 m3/san olmaqla ongünlük normanın 148 faizi), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 100 m3/san, yəni ongünlük normanın 89 faizini (2010-cu ildə 114 m3/san olmaqla ongünlük normanın 102 faizi) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Surra məntəqəsində suyun hazırki səviyyəsi 640 sm (28 mart 2010-cu il tarixdə səviyyə 731 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm); Şirvanda 556 sm (28 mart 2010-cu il tarixdə səviyyə 635 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm); Salyanda 480 sm (28 mart 2010-cu il tarixdə səviyyə 656 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm); Bankədə 341 sm (28 mart 2010-cu il tarixdə səviyyə 410 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm); Araz çayının Novruzlu məntəqəsində isə 353 sm (28 mart 2010-cu il tarixdə səviyyə 474 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.