Xəbərlər

Respublika çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

23 Mart 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 200-210, Kiçik Qafqaz çaylarında 110-125, Quba-Xaçmaz bölgəsi çaylarında 80-195, Lənkəran-Astara bölgəsi çaylarında 50-175, Naxçıvan Muxtar Respublikası çaylarında isə 40-50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 470 m3/san, yəni ongünlük normanın 154 faizini (2010-cu ildə isə 465 m3/san olmaqla, 152 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 111 m3/san, yəni ongünlük normanın 99 faizini (2010-cu ildə isə 180 m3/san olmaqla, 161 faizini) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 628 sm (23 mart 2010-cu il tarixdə səviyyə 757 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm), Şirvanda 522 sm (23 mart 2010-cu il tarixdə səviyyə 643 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm), Bankədə 335 sm (23 mart 2010-cu il tarixdə səviyyə 419 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm), Salyanda 425 sm (23 mart 2010-cu il tarixdə səviyyə 671 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 353 sm (23 mart 2010-cu il tarixdə səviyyə 480 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.