Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
15 Noyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 125 m3 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 155 m3 təşkil etmişdir. Noyabrın 15-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma
müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 86,0 m3
faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 79,0 m3 təşkil etmiş və ongünlük normanın 93 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Şirvan məntəqəsində 5, Salyanda 7, Bankədə 5 sm artım, Surrada 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm (2012-ci il noyabrın 15-də 392 sm), Şirvanda 173 sm (2012-ci il noyabrın 15-də 264 sm ), Salyanda 112 sm (2012-ci il noyabrın 15-də 231 sm ), Bankədə 191 sm (2012-ci il noyabrın 15-də 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 sm (2012-ci il noyabrın 15-də 178 sm) təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti