Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ceyranların tarixən məskunlaşdığı əraziyə ilk ceyran sürüsünün buraxılması prosesini izləmişlər
24 Dekabr 2010, 00:00
2010-cu il 24 dekabr tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, ceyranların tarixən məskunlaşmış yerlərindən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün buraxılması prosesini izləmişlər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva üzərində peyk vasitəsilə məlumat toplayan və xüsusi siqnalötürücü xaltası olan ceyranı Qobustan-Cəngiçay ərazisinə buraxmışlar. Ümumilikdə, reintroduksiya ərazisinə 21 baş ceyran köçürülmüşdür.
Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov məlumat vermişdir ki, Heydər Əliyev Fondu ekologiyanın və təbii mühitin tarazlığının qorunması, ekoloji tarixin və ölkə ərazisindəki bioloji müxtəlifliyin mühafizəsində müstəsna əhəmiyyət daşıyan “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə dəstəyi davam etdirir. Bu dəstəyin nəticəsi olaraq Abşeron rayonunun Pirəkəşkül ərazisində ceyranların sayının artırılması məqsədilə 2010-2011-ci illəri əhatə edən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi icra olunur. Acınohur-Sarıca düzləri, Bozdağ silsiləsi, Mil düzü və Qobustan-Cəngiçay ərazilərini əhatə edən layihəyə əsasən, həmin sahələrə daha çox ceyran köçürülməsi məqsədilə Şirvan Milli Parkından bu areallara ceyranlar gətirilir. Qobustan-Cəngiçay ərazisi ceyranların yaşaması üçün həm də zəngin bitki örtüyünə malikdir. Lahiyə ərazilərində tarixən böyük ceyran populyasiyası mövcud olmuşdur. Hazırda ceyranların burada məskunlaşması və yaşaması üçün bütün müvafiq tədbirlər həyata keçirilir.
Ceyranların mühafizəsinin reintroduksiyası və tarixi areallarının yenidən bərpası layihəsinə əsasən Qobustan-Cəngiçay ərazisi ilə yanaşı, Şirvan Milli Parkında da müvafiq işlər görülür. 65 min hektardan artıq ərazisi olan parkda ceyranların sayı 9 min başa qədərdir. Bu da Pan-Avropa məkanında ən böyük ceyran populyasiyasıdır. Ağcabədi və Beyləqan rayonlarının ərazilərində yerləşən Ağgöl Milli Parkında da ceyranların reintroduksiyası uğurla davam etdirilir. Həmçinin, Goranboy rayonundakı Korçay Dövlət Təbiət Qoruğunda, Qax rayonundakı Acınohur və Sarıca düzlərində də 2010-cu ildən etibarən ceyranların məskunlaşdırılması prosesinə başlanılmışdır.
Qeyd edək ki, Qobustan-Cəngiçay ərazisi də ceyranların tarixi areallarından biri sayılır və layihəyə əsasən buraya 150-dək ceyranın köçürülməsi nəzərdə tutulur. Ümumilikdə layihə çərçivəsində mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması, quraq ərazilərdə su təminatı və yem tələbatının ödənilməsi, ceyran populyasiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə çevik antibrokonyer qrupların yaradılması və zəruri avadanlıqlarla (motosikllər, atlar, simsiz rabitə vasitələri və s.) təchiz edilməsi üçün intensiv işlər görülmüşdür. Ceyranların tutulması üçün Almaniya istehsalı olan ən müasir keyidici silahlar, Almaniyada hazırlanmış peyk vasitəsilə məlumat toplayan və xüsusi siqnalötürücü xaltalar (analoqu olmayan bu cihazlar ceyranların yerdəyişməsini izləməyə, bədən temperaturunu, ürək döyüntüsünü və digər məlumatları almağa imkan yaradır) alınmışdır. Həmçinin ceyranların təhlükəsizliyinin təmin olunması məqsədilə köçürülmə areallarına yaxın yerlərdəki qəsəbə və kəndlərin əhalisi arasında maarifləndirmə işləri aparılmış, yol kənarlarında, arealların yaxınlığında xüsusi informasiya lövhələri qoyulmuşdur. Lövhələrdə ceyran ovunun qadağan edilməsi barədə məlumatlar verilir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ərazisində ceyranların məskunlaşması və reintroduksiyası ərazilərini əks etdirən xəritə ilə, ceyranların keçmiş və indiki məskunlaşma arealları, miqrasiya dəhlizləri haqqında məlumatlarla tanış olmuş, layihənin icrası zamanı istifadə edilən müxtəlif avadanlıqlara baxış keçirmişdir.