Ekoloji ekspertiza sahəsində vəziyyət yaxşılaşır
19 Avqust 2010, 00:00
İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə baxılmaq üçün İsmayıllı rayonunun 7 kəndində (İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan və Bəng) su təchizatı ilə bağlı vəziyyəti yaxşılaşdırmaq məqsədilə layihə ilə bağlı müraciət daxil olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə İsmayıllı rayonunun qeyd olunan 7 kəndində su təchizatını yaxşılaşdırmaq üçün 3,5 milyon manat vəsait ayrılmışdır.
İsmayıllı Rayon İcra Hakimiyyətindən daxil olan məktubda ayrılmış vəsait hesabına Göyçay çayından İsmayıllı rayonunun adıçəkilən kəndlərinə qədər 35 kilometr uzunluğunda su xəttinin çəkilməsinin nəzərdə tutulduğu göstərilir.
Rayon İcra Hakimiyyəti tərəfindən xəttin yerüstü keçməsi planlaşdırlıb və bir hissəsinin qismən Meşə Fondu torpaqlarından keçməsi nəzərdə tutulur.
Bu və layihəyə aid digər məsələlərə (Göyçaydan götürülən suyun təmizlənib-təmizlənməyəcəyi, su xəttindən başqa qurğuların nəzərdə tutulub-tutulmadığı) Dövlət Ekspertiza İdarəsi tərəfindən baxılır.
Yeri gəlmişkən qeyd edək ki, 2008-ci ildə Göyçay rayonunun 6 kəndində su təchizatı vəziyyətinin yaxşılaşdırılması üçün 3,5 milyon manat vəsait ayrılmışdır.
Bununla da ilk dəfə olaraq, Azərbaycanda su təchizatı və çirkab suların təmizlənməsi layihələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinə təqdim olunur.