Xəzər dənizinin Şüvəlan ərazisində müşahidə olunmuş mazutabənzər ləkələrlə bağlı monitorinq keçirilib
06 Avqust 2010, 00:00
01 avqust 2010-cu il tarixdə saat 16:00 radələrində Xəzər dənizinin Şüvəlan ərazisində suda və sahil zolağında xırda, bataqlıq neftini xatırladan bərk mazutabənzər ləkələr müşahidə edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ilə birgə dərhal monitorinq qrupu yaradaraq sözügedən ərazilərdə müşahidələr aparmışlar.
Aparılan müşahidələr nəticəsində müəyyən edilmişdir ki, çirklənmənin sahəsi, sahil zonasında “Dalğa” istirahət mərkəzindən şərq istiqamətə doğru 9 kilometrlik sahilboyu ərazini əhatə etmişdir (“Dalğa” istirahət mərkəzindən Dübəndi istiqamətinə doğru). Mazutabənzər ləkələrin hərəkəti təxminən 2 saata yaxın davam etmişdir.
Aparılan ilkin təhlillərə görə çirklənmə mənbəyinin yaxınlıqda lövbərdə dayanmış neft tankerləri olduğu ehtimal olunur və araşdırma davam etdirilir.
Dənizdə çirklənmənin dinamikasını müəyyən etmək məqsədilə 01-04 avqust 2010-cu il tarixlərində çirklənmə ərazisindən su nümunələri götürülmüş və təhlillər aparılmışdır.
Aparılan analiz-təhlillərin nəticələrinə görə, 2010-cu il avqustun 1-də götürülmüş su nümunələri üzərində neft məhsullarının miqdarının normadan 94, avqustun 2-də 62, avqustun 3-də 30 dəfə artıq olduğu müəyyən edilmişdir.
04 avqust 2010-cu il tarixdə isə dəniz suyundan götürülmüş su nümunəsində neft məhsullarının miqdarı norma daxilində olmuşdur.