Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 131 akt və protokol tərtib olunmuşdur

31 May 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 01-15 may tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 131 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 57 göstəriş verilmişdir. Ümumilikdə, 20 iş üzrə 25810 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 6028,94 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 40 iş üzrə 33370,85 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 168 iş üzrə 25693,65 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 27152,17 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 1 işə, məhkəmələrə göndərilmiş 2 işə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 13 akt və protokol tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 9 icrası məcburi olan göstəriş verilmişdir. 1 iş üzrə 3000 manat məbləğində cərimə, 36 iş üzrə isə 8466,27 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 27 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 24 icrası məcburi olan göstəriş verilmişdir. 1 iş üzrə 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 10 iş üzrə 300 manat məbləğində iddia, 72 iş üzrə isə 9821,15 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 17 akt tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 2 icrası məcburi olan göstəriş verilmişdir. 1 iş üzrə 11 manat məbləğində iddia, 6 iş üzrə isə 450 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib olunmuşdur. 10 iş üzrə 11250 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 4 iş üzrə 12075,75 manat məbləğində iddia qaldırılmış, 2 iş üzrə isə 1100 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 21 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 18 icrası məcburi olan göstəriş verilmişdir. 52 iş üzrə 5856,23 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 45 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 4 icrası məcburi olan göstəriş verilmişdir. 7 iş üzrə 10800 manat məbləğində cərimə tətbiq edilmiş, 25 iş üzrə isə 20984,1 manat məbləğində iddia qaldırılmışdır.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunmuşdur. 1 iş üzrə 700 manat məbləğində cərimə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.