Səs-küy səviyyəsinin maksimal göstəricisinin normadan artıq olması halları qeydə alınmışdır
05 Noyabr 2009, 00:00
Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” Fərmanının icrasının təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları tərəfindən sözügedən normalara riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində fəaliyyət göstərən kafe və restoranlarda reyd keçirilmişdir.
Reyd zamanı “Meridian”, “Niaqara”, “Çanaq Qala” restoranları, “Xudafərin”, “Su Sonası” şadlıq sarayları, “Plaza” disko-barı və “Black Bird” gecə klubunda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmaması halları aşkar olunmuşdur.
Belə ki, səs-küy səviyyəsinin norması 65 dB olduğu halda Nizami rayonu ərazisində yerləşən “Xudafərin” şadlıq sarayında səs-küy səviyyəsinin maksimal göstəricisinin 82 dB (normadan 1,26 dəfə artıq), “Meridian” restoranında səs-küy səviyyəsinin maksimal göstəricisinin 89 dB (normadan 1,37 dəfə artıq), “Plaza” disko-barında səs-küy səviyyəsinin maksimal göstəricisinin 92 dB (normadan 1,41 dəfə artıq), Nəsimi rayonu ərazisində yerləşən “Black Bird” gecə klubunda səs-küy səviyyəsinin maksimal göstəricisinin 88 dB (normadan 1,35 dəfə artıq), “Niaqara” restoranında səs-küy səviyyəsinin maksimal göstəricisinin 87 dB (normadan 1,34 dəfə artıq), Nərimanov rayonu ərazisində yerləşən “Çanaq Qala” restoranında səs-küy səviyyəsinin maksimal göstəricisinin 88 dB (normadan 1,35 dəfə artıq), “Su Sonası” şadlıq sarayında səs-küy səviyyəsinin maksimal göstəricisinin 91 dB (normadan 1,4 dəfə artıq), Səbail rayonu ərazisində yerləşən “La Paris” restoranında 85 dB (normadan 1,31 dəfə artıq) olması halları qeydə alınmışdır.
Keçirilmiş reyd zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə protokollar tərtib olunmuş, qeyd olunan restoran və kafelərin müdiriyyətləri barəsində inzibati qaydada cərimə qərarları tətbiq edilmişdir.
İnsan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin əsas səbəbləri kimi avtonəqliyyat vasitələrində quraşdırılmış müxtəlif növ gücləndirici siqnalları, toy və yas mərasimlərində istifadə olunan səs gücləndiricilərini göstərmək olar ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur.
Qeyd etmək lazımdır ki, səs-küy insan sağlamlığına neqativ təsir göstərir. 35-60 dB diapazonda səs insan orqanizminə fərdi olaraq həm mənfi təsir edə bilər, həm də təsirsiz qala bilər. 70-90 dB diapazonlu səsin uzunmüddətli təsiri mərkəzi sinir sisteminin xəstəliklərinə, 100 dB və daha yüksək diapazonlu səs isə eşitmə qüsurlarının yaranmasına və hətta karlığa da səbəb ola bilər.