Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır
21 Oktyabr 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2009-cu ilin 05-11 oktyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 11 akt və protokol tərtib olunmuşdur. Ümumilikdə 2 iş üzrə 4000 manat məbləğində cərimə tətbiq edilmiş və dəymiş ziyana görə 5 iş üzrə 566,15 manat məbləğində iddia qaldırılmışdır.
Yerin təkinin mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunmuşdur.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 2 protokol tərtib olunmuşdur.
Floranın mühafizəsi sahəsində 5 akt tərtib olunmuş və 5 iş üzrə 566,15 manat məbləğində iddia qaldırılmış və ödənilmişdir.
Faunanın mühafizəsi sahəsində 2 protokol tərtib olunmuş və 2 iş üzrə 4000 manat məbləğində cərimə tətbiq edilmişdir.