Sabirabad rayonunun Türkədi, Narlıq, Cavad, Muğan Gəncəli və Sərxanbəyli kəndlərində quraşdırılmış sutəmizləyici qurğulara baxış keçirilib
20 Oktyabr 2009, 00:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” və 2008-ci il 20 noyabr tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamlarda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi istiqamətində işlər uğurla həyata keçirilir.
Belə ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-ci ildə 8 rayon (Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan və Neftçala), 2008-ci ildə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub.
2009-cu il 20 oktyabr tarixində Sabirabad rayonunun Türkədi, Narlıq, Cavad, Muğan Gəncəli və Sərxanbəyli kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara ETSN-nin mütəxəssislərinin, yerli icra və bələdiyyə nümayəndələrinin iştirakı ilə baxış keçirilib.
Quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Türkədi kəndinin 2047 nəfər əhalisi (gün ərzində 40 m3) 12 bulaq, Narlıq kəndinin 1601 nəfər əhalisi (gün ərzində 30 m3) 14 bulaq, Cavad kəndinin 3300 nəfər əhalisi (gün ərzində 70 m3) 17 bulaq, Muğan Gəncəli kəndinin 1762 nəfər əhalisi (gün ərzində 40 m3) 15 bulaq, Sərxanbəyli kəndinin 1801 nəfər əhalisi isə (gün ərzində 40 m3) 10 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edirlər.