Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır
30 Sentyabr 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2009-cu ilin 14-27 sentyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 13 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1 göstəriş verilmişdir. Ümumilikdə 7 iş üzrə 11100 manat məbləğində cərimə tətbiq edilmiş və dəymiş ziyana görə 4 iş üzrə 860, 36 manat məbləğində iddia qaldırılmışdır.
Yerin təkinin mühafizəsi sahəsində 4 protokol tərtib olunmuş və 1 iş üzrə 3000 manat məbləğində cərimə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsi ilə bağlı 3 akt tərtib olunmuşdur.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 5 akt və protokol tərtib olunmuş, 4 iş üzrə 6500 manat məbləğində cərimə tətbiq olunmuşdur.
Su ehtiyatları üzrə 1 məcburi göstəriş verilmişdir.
Floranın mühafizəsi sahəsində 1 akt tərtib olunmuş və 2 iş üzrə 1600 manat məbləğində cərimə tətbiq edilmiş və 4 iş üzrə 860,36 manat məbləğində iddia qaldırılmışdır.