“Xəzər həftəsi" ilə bağlı tədbirlər keçiriləcək
24 Sentyabr 2009, 00:00
BMT-nin qərarı ilə 1978”“ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi "Beynəlxalq Dəniz günü" elan edilmişdir.
Bu tədbirin keçirilməsində əsas məqsəd bütün dünyada cəmiyyətin, dövlətin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.
Ekoloji təqvimə salınmış "Beynəlxalq Dəniz günü"nün davam etdiyi müddətdə ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumat veriləcək, o cümlədən hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ ediləcəkdir.
23”“30 sentyabr 2009-cu il tarixində “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında -Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran ərazilərində vətəndaşların, yerli icra strukturlarının və təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur.
"Beynəlxalq Dəniz günü"ndə keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər dənizin və onun sərvətlərinin mühafizə olunmasına, ekoloji cəhətdən saflığının qorunmasına və bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsinə xidmət edir.