Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (dekabr ayının III ongünlüyü üçün)
30 Dekabr 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə dekabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirilmişdir.
Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrdə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunur.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçayda suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2 dəfə, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddələrdən ammonium ionları Kür və Ağstafaçayda 1.4-1.7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında da fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri çayın Horadiz məntəqəsində 4, I Şahsevən məntəqəsində 2, Bəhramtəpə məntəqəsində isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Biogen maddələr isə normadan bir qədər yüksək qeydə alınmışdır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.91-7.28 mq/l arasında dəyişərək sanitar norma daxilində olmuşdur.