Ağdam rayonunun işğal altında olan ərazilərində törədilmiş yanğınlar nəticəsində ətraf mühitə ziyan dəymişdir
13 İyun 2008, 00:00
Son günlər ermənilər tərəfindən Ağdam rayonunun işğal altında olan ərazilərində törədilmiş yanğınlar nəticəsində ətraf mühitə ziyan dəymişdir. 11 iyun 2008-ci il tarixində Ağdam rayonunun işğal altında olan Başqərvənd, Qaraqaşlı, Sarıcalı kəndlərində 70 hektardan çox ərazidə erməni işğalçıları tərəfindən yanğınlar törədilmişdir. Başqərvənd kəndinin 20 ha, Qaraqaşlı kəndinin 30 ha, Sarıcalı kəndinin 20 ha ərazsi yanmaya məruz qalmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağdam rayon Ekologiya və Təbii Sərvətlər şöbəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar zamanı torpağın üst münbit qatının yanması nəticəsində ətraf mühitə 77000, bitki örtüyünə 7700, atmosfer havasına isə 3794 manat ziyan dəydiyi müəyyənləşdirilmişdir.
Ümumilikdə, Ağdam rayonu üzrə ətraf mühitə 88500 manat ziyan vurulmuşdur.