Ekologiya və Təbii Sərvətlər Nazirliyi 23 may ekoloqların peşə bayramı ilə əlaqədar iməcilik keçirmişdir
19 May 2008, 00:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” 2471 nömrəli 30 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə əlaqədar Bakı-Kürdəmir magistral avtomobil yolunun Hacıqabul rayonunun Atbulaq kəndindən rayon mərkəzinə doğru olan hissəsinin 28 kilometrlik ərazisində, yolun sağ və sol tərəflərində mühafizə zolaqlarının yaşıllaşdırılması işləri başa çatmışdır.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən bölgənin coğrafi şəraitini və iqlim xüsusiyyətlərini nəzərə alaraq ərazidə 110 mindən çox yerli cinslərdən olan, o cümlədən xaricdən alınmış dekorativ ağac və kolların əkilməsini, həmçinin hər bir ağacın dirəklərə bərkidilməsini artıq yekunlaşdırmışdır. Hal-hazırda becərmə və suvarma işləri aparılır.
Qeyd edək ki, magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3,5 milyon manat məbləğində vəsait ayrılmışdır. Torpaq hazırlığı, ağacların əkilməsi, onlara dayaqların vurulması, suyun verilməsi və digər işlər daxili imkanlar hesabına, yəni Respublika meşəçilərinin təşəbbüsü ilə həyata keçirilmişdir.
17 may 2008-ci il tarixdə 23 may ekoloqların peşə bayramı ilə əlaqədar Hacıqabul-Atbulaq qəsəbəsi avtomobil yolu boyunca əkilən ağaclara qulluq edilməsi məqsədilə başda Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov olmaqla Nazirliyin kollektivi iməcilik keçirmişdir.
İlk dəfədir ki, Respublikanın magistral avtomobil yollarında bu cür iri həcmli yaşıllıq işləri həyata keçirilir. Bunun Respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər bir vətəndaşı yaşıllıqların qorunmasında diqqətli olmağa, onların yararsız vəziyyətə düşməsinə biganə qalmamağa çağırır.
Iməciliklə bağlı fotolar