Respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyət
12 May 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, may ayının 1-ci ongünlüyündə yağan leysan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın çaylarında sululuğun artımı müşahidə olunmuşdur. May ayının 2-3-də yağan yağışlar nəticəsində (Şəkidə 35 mm, Oğuzda 36 mm, Qəbələdə 39 mm) Kişçay, Şinçay, Küngütçay, Zəyzitçay, Əyriçay və Türyançaydan, mayın 6-7-də (Şəkidə 12 mm, Oğuzda 10 mm, Qəbələdə 8 mm, Balakəndə 22 mm, İlisuda 38 mm) Kürmükçaydan, mayın 9-10-da yağan leysan yağışları nəticəsində isə (Zaqatalada 32 mm, Balakəndə 44 mm) Talaçaydan, Balakənçaydan və Mazımçaydan qısamüddətlı daşqınlar keçmişdir.
Hazırda ən yüksək sululuq Balakən-Şəki bölgəsinin çaylarında müşahidə olunur və ongünlük normanın 110-160%-ni təşkil edir. Digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Kiçik Qafqaz çaylarında sululuq normanın 40-50%-ni, Quba-Xaçmaz bölgəsi çaylarında 50-70%-ni, Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə 15-30%-ni təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Hal hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 508 m3/san (ongünlük normanın 68 %-i) təşkil edir (2007-ci ildə ongünlük normanın 210%-i olmaqla 1570 m3/san təşkil edirdi).
Qanıx çayından Mingəçevir su anbarına axım isə 208 m3//san (ongünlük normanın 102%-i) təşkil edir (2007-ci ildə ongünlük normanın 108 %-i olmaqla 220 m3//san təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mingəçevir və Araz su anbarlarından buraxılan suyun tənzimlənməsi ilə əlaqədar Kür çayının aşağı axınındakı səviyyələrdə kəskin dəyişiklik müşahidə olunmur. Hazırda Kür çayının Surra məntəqəsində səviyyə 482 sm (2007-ci ildə 604 sm), Şirvanda (Əlibayramlı) 415 sm (2007-ci ildə 567 sm), Salyanda 294 sm (2007- ci ildə 369 sm), Bankədə 320 sm (2007-ci ildə 373 sm) Araz-Novruzluda 203 sm (2007-ci ildə 400 sm) təşkil edir.