Kür çayının aşağı axınında və böyük su anbarlarında 2008-ci il aprel ayının 11-nə olan mövcud vəziyyət
15 Aprel 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son zamanlar temperatur rejiminin nisbətən yüksəlməsi və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi ilə əlaqədar Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin dağ çaylarında sululuğun artımı müşahidə olunur.
Kür çayının aşağı axınında səviyyələr
Aprel ayının 1-ci ongünlüyü ərzində Kür çayının Mingəçevir su anbarından aşağıda yerləşən operativ hidroloji məntəqələrində suyun səviyyəsində kəskin dəyişiklik müşahidə olunmamışdır.
2007-ci ilin müvafiq dövrü ilə müqayisədə suyun səviyyəsi Zərdab məntəqəsində 3,25 m, Surrada 2,11 m, Əlibayramlıda 2,1 m, Salyanda 1,57 m, Bankədə 0,63 m, Araz çayının Novruzlu məntəqəsində isə 1,1 m yuxarıdır.
Su sərfi
Kür çayında hazırda su sərfi 520-550 m3/san təşkil edir ki, bu da 2007-ci il ilə müqayisədə 2,4 dəfə çoxdur (2007-ci ildə su sərfi 200-250 m3/san olmuşdur).
Su anbarlarında
Aprel ayının 1-ci ongünlüyündə Mingəçevir su anbarının səviyyəsində mühüm dəyişiklik olmamışdır. Su anbarının hazırkı səviyyəsi 76,6 m (maksimal layihə səviyyəsi 83 m), həcmi isə 12140 mln. m3-dir (maksimal layihə həcmi 15730 mln. m3). Hazırki səviyyə 2007-ci ilin səviyyəsi ilə müqayisədə 2 m aşağıdır.
Hal-hazırda su anbarından buraxılan suyun həcmi 490-500 m3/san təşkil edir ki, bu da keçən il ilə müqayisədə 2,3 dəfə çoxdur (2007-ci ildə anbardan buraxılan suyun həcmi 200-240 m3/san təşkil edirdi).
Araz su anbarının hazırki səviyyəsi 773,78 m (maksimal layihə səviyyəsi 777,5m), həcmi isə 815 mln. m3-dir (maksimal layihə həcmi isə 1254 mln. m3). Hazırki səviyyə 2007-ci ilin səviyyəsinə yaxındır.
Hal-hazırda su anbarından buraxılan suyun həcmi 150-160 m3/san (2007-ci ildə isə 120-140 m3/san) təşkil edir ki, bu da keçən ilin göstəricilərinə yaxındır.