Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
21 Oktyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 01-15 oktyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 122 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 34 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə, 23 iş üzrə təqsirkarlar 84500 manat məbləğində inzibati qaydada cərimə olunmuş, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 168777.7 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 159 iş üzrə 31433.9 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 17, məhkəmələrə isə 4 iş göndərilmişdir.