Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
19 Oktyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində əsasən Lənkəran-Astara bölgəsində yağan leysan xarakterli yağış nəticəsində bu ərazidən axan çayların sululuğunda kəskin artım müşahidə olunub.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 150-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 152 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 65 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktaybrın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 19, Şirvanda 12, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 7 sm artım, Bankədə isə 4 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 sm (2014-cü il oktyabrın 19-da 287 sm), Şirvanda 229 sm (2014-cü il oktyabrın 19-da 125 sm), Salyanda 174 sm (2014-cü il oktyabrın 19-da 65 sm), Bankədə 169 sm (2014-cü il oktyabrın 19-da 162 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2014-cü il oktyabrın 19-da 23 sm) təşkil edir.