Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 Oktyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-110, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-20, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 130 m3/s, ongünlük normanın 77 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 120 m3/s və ongünlük normanın 71 faizini təşkil etmişdir.
Oktyabrın 18-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 119 m3/s olmaqla, ongünlük normanın 111 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə üç dəfə az olmaqla 39,0 m3/s təşkil etmiş və ongünlük normanın 37 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 1, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma, Bankədə isə 1 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm (2012-ci il oktyabrın 18-də 302 sm), Şirvanda 177 sm (2012-ci il oktyabrın 18-də 159 sm ), Salyanda 135 sm (2012-ci il oktyabrın 18-də 159 sm ), Bankədə 186 sm (2012-ci il oktyabrın 18-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 92 sm (2012-ci il oktyabrın 18-də 101 sm) təşkil edir.