Tinglik sahəsində yetişdirilmiş toxmacar və tingliklərdən yaşıllıq zolaqlarının salınmasında istifadə olunur
18 Oktyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisində toxmacar və tingliklərin yetişdirilməsi məqsədilə 2011-ci ildə tinglik sahəsi yaradılıb.
Yeni yaşıllıqların salınmasında istifadə etmək məqsədilə yaradılmış tinglikdə bu günədək 342500 ədəd toxmacar və tinglik yetişditrilib ki, onlardan 80500 ədədi standart vəziyyətdədir və artıq ETSN tərəfindən yaşıllıq zolaqlarının salınmasında istifadə olunur.
2,3 hektar sahəni əhatə edən tinglikdə 2011-ci ildə ümumilikdə 26500 ədəd, o cümlədən 7500 Eldar şamı, 9500 sərv, 5000 tuya və 4500 liqustrum toxmacarı yetişdirilmiş və 2012-ci ilin yaz-payız mövsümlərində böyütmə sahələrinə köçürülmüşdür. Çoxaltma işləri 2012-ci ildə də davam etdirilmiş, 19000 tut, 12000 meliya, 7500 sərv, 6000 safora, 7500 Eldar şamı və 2000 qlediçiya olmaqla, cəmi 54000 ədəd toxmacar standart ölçülərinə çatdırılmışdır.
Eyni zamanda 2013-cü ilin I və II rüblərində 0,3 hektar ərazidə yeni tinglik sahəsi salınmış və hazırda həmin ərazidə 262000 ədəd toxmacar yetişdirilir. Toxmacarlar 2014-cü ilin yaz mövsümündə böyütmə sahələrinə köçürüləcək.
“Azəryaşlandşaft” ASC-nin Yaşıllaşdırma İdarələri tərəfindən ting və toxmacar ehtiyatını artırmaq məqsədilə tədbirlər davam etdirilir. Belə ki, bütün Yaşıllaşdırma İdarələrində toxum tədarükü aparılır və torpaq sahələri hazırlanır. Artıq 2013-cü ilin payız mövsümündən “Azəryaşlandşaft” ASC-nin 1, 4, 6 və 12 saylı Yaşıllaşdırma İdarələrinin ərazilərində də yeni tingliklərin yaradılmasına başlanılıb.
“Azəryaşlandşaft” ASC-nin “Qapalı Şəraitdə Örtülü Kök Sistemli” tinglik idarəsinin istixanasında da yetişdirilmiş toxmacarların (arizona sərvi, adi sərv, tuya, limon sərvi, ardıc və s. ağac və kol cinsləri) böyütmə sahəsinə köçürülməsinə başlanılmış və bu günə kimi 6000 ədəd toxmacar böyütmə sahəsinə köçürülmüşdür.