Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

11 Oktyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-100, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 80 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 123,0 m3/s və ongünlük normanın 73 faizini təşkil etmişdir.
Oktyabrın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 145 m3/s olmaqla, ongünlük normanın 136 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə üç dəfə az olmaqla 46,0 m3/s təşkil etmiş və ongünlük normanın 43 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda 17, Araz çayının Novruzlu məntəqəsində 19 sm artım, lakin Salyanda və Bankədə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 361 sm (2012-ci il oktyabrın 11-də 327 sm), Şirvanda 219 sm (2012-ci il oktyabrın 11-də 185 sm ), Salyanda 145 sm (2012-ci il oktyabrın 11-də 143 sm ), Bankədə 197 sm (2012-ci il oktyabrın 11-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2012-ci il oktyabrın 11-də 121 sm) təşkil edir.