Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

24 İyul 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-110, Kiçik Qafqazın çaylarında 30-105, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-115 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla ongünlük normanın 35 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 82 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 39 m3/s olmaqla, ongünlük normanın 44 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 27 m3/s təşkil edərək ongünlük normanın 31 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 17 sm azalma, Şirvanda 8, Salyanda isə 7 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 351 sm (2014-cü il iyulun 24-də 293 sm), Şirvanda 215 sm (2014-cü il iyulun 24-də 134 sm), Salyanda 130 sm (2014-cü il iyulun 24-də 63 sm), Bankədə 178 sm (2014-cü il iyulun 24-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2014-cü il iyulun 24-də 17 sm) təşkil edir.