Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyə
10 İyul 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 55-60, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 143 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 150 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 20 m3/s olmaqla, ongünlük normanın 14 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 38 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Surrada 7 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2014-cü il iyulun 10-da 297 sm), Şirvanda 157 sm (2014-cü il iyulun 10-da 135 sm), Salyanda 83 sm (2014-cü il iyulun 10-da 62 sm), Bankədə 173 sm (2014-cü il iyulun 10-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 37 sm (2014-cü il iyulun 10 -da 21 sm) təşkil edir.