Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

03 İyul 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-110, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 202 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 99 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 40 m3/s olmaqla, ongünlük normanın 27 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 151 m3/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Bankədə 13, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Şirvanda 6 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 331 sm (2014-cü il iyulun 03-də 296 sm), Şirvanda 181 sm (2014-cü il iyulun 03-də 134 sm), Salyanda 85 sm (2014-cü il iyulun 03-də 70 sm), Bankədə 186 sm (2014-cü il iyulun 03-də 198 sm), Araz çayının Novruzlu məntəqəsində isə 46 sm (2014-cü il iyulun 03-də 20 sm) təşkil edir.