Xəbərlər


“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti ekoloji maarifləndirici görüş Füzulidə keçirilib.

26 Noyabr 2026, 12:10

Gənclər arasında ekoloji maarifləndirmənin genişləndirilməsi, onların ətraf mühitin mühafizəsi prosesində iştirakının təşviq edilməsi məqsədilə növbəti maarifləndirici görüş Füzuli şəhərində keçirilib.

Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə ETSN-in 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən şagirdlərə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər barədə məlumat verilib.

İnteraktiv müzakirə formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, onların mövzu ilə bağlı fikir və təklifləri dinlənilib.