Xəbərlər


Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

24 Noyabr 2026, 18:00

Milli Hidrometeorologiya Xidməti noyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

- Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Hacıqabul, Neftçala, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Göyçay, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuzda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
- Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.