Xəbərlər


“Yaşıl Top” layihəsi çərçivəsində növbəti görüş keçirilib

24 Noyabr 2026, 16:45

“Yaşıl Top” sosial layihəsi çərçivəsində Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, məktəbin, AFFA-nın nümayəndələri, eləcə də layihənin səfiri iştirak ediblər.

Görüş zamanı şagirdlərə ətraf mühitin qorunması, ekoloji məsuliyyət, dayanıqlı inkişaf və sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumat verilib. Mövzular ətrafında interaktiv müzakirələr aparılıb.

Görüşün sonunda ekoloji təşəbbüsə dəstək məqsədilə şagirdlərin iştirakı ilə məktəbin həyətində ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, AFFA-nın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi uşaqlar və yeniyetmələr arasında ekoloji məsuliyyət hissini gücləndirmək, ətraf mühitin qorunmasına töhfə vermək və futbol vasitəsilə sağlam, dayanıqlı həyat tərzini təşviq etməkdir.