COP31 çərçivəsində Azərbaycan və Özbəkistan arasında ətraf mühit məsələləri müzakirə olunub
13 Noyabr 2026, 14:27
COP31 çərçivəsində Antalyada Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və Özbəkistan Respublikası Prezidentinin ekologiya məsələləri üzrə müşaviri – Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitənin sədri Aziz Abduxakimov arasında görüş keçirilib.
Görüşdə ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə, tullantıların idarə olunması, Xəzər dənizinin dəniz ətraf mühitinin qorunması istiqamətlərində əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib.
Özbəkistan tərəfi Azərbaycan nümayəndə heyətinə 2027-ci ilin iyun ayında Özbəkistanda keçiriləcək Eco Expo tədbiri barədə məlumat verib.