Xəbərlər


Azərbaycan Könüllülərinin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası həyata keçirilib.

07 Noyabr 2026, 10:38

Müşfiqabad qəsəbəsi ərazisində keçirilən aksiyada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutub.