Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

04 Oktyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-120, Kiçik Qafqazın çaylarında 60-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə normanın 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Oktyabrın 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 110 m3/s, ongünlük normanın 68 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 87,0 m3/s və ongünlük normanın 54 faizini təşkil etmişdir.

Oktyabrın 04-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 91,0 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 49,0 m3/s təşkil etmiş və ongünlük normanın 51 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Oktyabrın 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 6 , Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma, Bankədə 33 sm artım qeydə alınmış, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 sm (2012-ci il oktyabrın 04-də 308 sm), Şirvanda 204 sm (2012-ci il oktyabrın 04-də 187 sm ), Salyanda 155 sm (2012-ci il oktyabrın 04-də 198 sm ), Bankədə 225 sm (2012-ci il oktyabrın 04-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 59 sm (2012-ci il oktyabrın 04-də 155 sm) təşkil edir.