Xəbərlər


“Xəzəri Qoruyaq!” aksiyası davam edir

08 Sentyabr 2026, 18:18

Xəzər dənizinin sahilboyu ərazilərinin təmizliyinin təmin olunması və ekoloji məsuliyyətin artırılması məqsədilə həyata keçirilən “Xəzəri Qoruyaq!” təmizlik aksiyası bu dəfə Siyəzən sahilində təşkil edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, dövlət və özəl qurumların tərəfdaşlığı ilə baş tutan aksiya çərçivəsində 2 hektar ərazi tullantılardan təmizlənib, ümumilikdə 250 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.