Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

30 Sentyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-130, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR çaylarında isə normanın 60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Sentyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 124 m3/s, ongünlük normanın 89 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 98,0 m3/s və ongünlük normanın 71 faizini təşkil etmişdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 105 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 66,0 m3/s təşkil etmiş və ongünlük normanın 69 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Şirvan və Bankə məntəqəsində 11, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınmış, Surrada və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 346 sm (2012-ci il sentyabrın 30-da 337 sm), Şirvanda 207 sm (2012-ci il sentyabrın 30-da 185 sm ), Salyanda 180 sm (2012-ci il sentyabrın 30-da 175 sm ), Bankədə 207 sm (2012-ci il sentyabrın 30-da 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 65 sm (2012-ci il sentyabrın 30-da 160 sm) təşkil edir.