Xəbərlər


Hirkan Milli Parkında maarifləndirici tədbir təşkil olunub

10 Fevral 2026, 16:50

 
9 fevral – Hirkan Milli Parkının yaranması günü münasibətilə milli parkın “Sağlam həyat tərzi” marşrutu üzrə maarifləndirici tədbir təşkil olunub.

Lənkəran Dövlət Universitetinin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə biomüxtəlifliyin qorunması, təbii ekosistemlərin saxlanılması, biosferdə sabitliyin təmin edilməsi, ekoloji tarazlığın bərpasında milli parkların və qoruqların mühüm rolu barədə ətraflı məlumat verilib.

Tədbir zamanı iştirakçılar Hirkan meşələrinin zəngin heyvanat aləmi, eləcə də ərazi üçün xarakterik olan endemik və relikt bitki növləri haqqında məlumat əldə edib, bir sıra bitki növləri ilə əyani şəkildə tanış olublar.

Tədbirin əsas məqsədi tələbələrə Hirkan Milli Parkını yaxından tanıtmaq, onun ekoloji və sosial əhəmiyyətini aşılamaq, cəmiyyətdə ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasına və ekoloji maarifləndirmənin təşviqinə töhfə vermək olub.