Xəbərlər


Tibbi tullantıların düzgün idarə olunması mövzusunda maarifləndirici tədbirlər davam etdirilir

04 Dekabr 2025, 13:43

 
Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə müxtəlif bölgələrdə yerləşən tibb müəssisələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Növbəti görüşlər Qobustan və Qəbələ rayon mərkəzi xəstəxanalarında keçirilib və iştirakçılar ilə tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları müzakirə edilib, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları haqqında məlumat verilib.

Eyni zamanda iştirakçılara tibbi tullantıların yaratdığı ekoloji və sanitar risklər, onların düzgün çeşidlənməsi, saxlanılması, daşınması və zərərsizləşdirilməsi ilə bağlı mövcud qaydalar izah edilib.